SON XƏBƏRLƏR

Urmu etiraz: Narazılar valiliyin qarşısına toplaşdı

2021.12.01, 13:20
Urmu etiraz: Narazılar valiliyin qarşısına toplaşdı

Gunaz.tv

Əyalət valiliyinin qarşısına toplaşan Urmunun ətraf məhəllələrində yaşayan narazılar rəsmi qurumların onların problemlərinə laqeyd yanaşdığını bildiriblər. 

Aksiyada “Sağ qalmaq üçün suyumuzun kəsilməsinə imkan verməyəcəyik”, “Su və Kanalizasiya İdarəsi suyu qan qiymətinə satır” və digər şüarlar səsləndirib. Tələbləi yazılan plakatlar qaldıran əhali onlara içməli su verilməsində  uzun müddətli kəsintilərin yaranmasına və suyun bahalığına etiraz ediblər.

Bundan öncə eyni məqsədlə keçirilən aksiyalara qatılan urmululara problemin həlli ilə bağlı tədbir görüləcəyi barədə verilən vədlərin yerinə yetirilməməsi aztəminatlı əhalini dahada hiddətləndirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar