SON XƏBƏRLƏR

Urmu və Təbrizdə fəallar həbs edilib

2022.10.09, 08:59
Urmu və Təbrizdə fəallar həbs edilib

Gunaz.tv

Oktyabrın 8-də keçirilən etiraz aksiyaları zamanı saxlanılanlardan ikisinin kimliyi bəlli olub.

Aylar Əhmədi Urmu şəhərində, Fəraz Məhəmmədi isə Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.

Aylar Məhəmmədinin dostları onun Urmu şəhərinin "Fələkeye Behdari" meydanında həbs edildiyini bildiriblər.

Fəraz Məhəmmədinin isə saxlanıldığı zaman döyüldüyünü və bədən xəsarətləri aldığı qeyd edilib.

Onların saxlanılma və ittihamları barədə məlumat verilməsə də, oktyabrın 8-də kütləvi dinc etiraz aksiyaları ilə bağlı həbs edildikləri ehtimal edilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar