SON XƏBƏRLƏR

Urmu zindanında iki nəfər edam edilib

2022.01.27, 12:03
Urmu zindanında iki nəfər edam edilib

Gunaz.tv

Müstəqil insan haqları təşkilatlarının yaydığı məlumata görə, bu gün yanvarın 27-i səhər saatlarında Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin zindanında iki nəfər dar ağacından asılaraq edam edilib.

Məlumatda asılaraq edam edilənlərdən birinin 70 yaşlı Mirsultan Əmiri olduğu bildirilib.

İkinci şəxsin kimliyi və məhkumların edam səbəbləri barədə əlavə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının yayınladığı hesabata görə, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar