SON XƏBƏRLƏR

Urmu zindanında siyasi məhbuslara təzyiq edilib: Başqa bölməyə köçürülən zaman dustaqlar döyülüb

2022.01.12, 09:55
Urmu zindanında siyasi məhbuslara təzyiq edilib: Başqa bölməyə köçürülən zaman dustaqlar döyülüb

Gunaz.tv

Məhbusların zindan nəzarətçiləri və təhlükəsizlik məmurları tərədindən döyüldüyü və təkadamlıq kameralara salındıqları bildirilir.

“Mühafizəçilər həbsxana rəisinin və zindanda yerləşən Təhlükəsizlik Nazirliyinin xüsusi idarəsinin başçısının əmri ilə siyasi məhbusların saxlanıldığı bölməyə hücum edib.

Onlar 47 siyasi məhbusun başqa bölməyə köçürülməsi zamanı zorakılığa əl atıb. Məhbusları döyüb və onların şəxsi əşyalarını dağıdıblar”-deyə, insan haqları təşkilatlarının zindandakı qaynaqlara istinadən yaydıqları məlumatında bildirilib.

Məlumatda yanvarın 10-u, səhər saat 7.00 radələrində bir neçə təhlükəsizlik məmurunun iştirakı ilə həyata keçirilən əməliyyatda azərbaycanlı məhbus Hamid Qaraoğlanı da daxil olmaqla 20 məhbusun ağır yaralı vəziyyətdə təkadamlıq kameralara salındığı qeyd olunub.

Məlumata görə, onlara tibbi xidmət də göstərilməyib.

Hamid Qaraoğlaninin bacısı Haniyə Qaraoğlani özünün sosial media hesabında etdiyi paylaşımda hadisəni təsdiqləyib.

O, qardaşının ağır yaralı durumda təkadamlıq kameraya salındığını bildirib.

Bundan öncə dekabrın 22-də Urmu zindanında  47 məhbusa saxlanıldıqları bölmədən yeni təhlükəsizlik bölməsinə köçürüləcəkləri bildirilib.

Bu xəbərinə etiraz olaraq onlar 5 gün ərzaq payından imtina edib, bir həftə müddətinə isə aclıq aksiyası keçirib.

Onlar zindan məsullarının köçürülməyəcəkləri ikə bağlı tədbirlər görüləcəyi barədə verilən vədlərindən sonra aksiyanı dayandırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar