SON XƏBƏRLƏR

Urmunun bərbad idman infrasturukturu: Adambaşına düşən zalların sayı azdır

2021.11.24, 13:33
Urmunun bərbad idman infrasturukturu: Adambaşına düşən zalların sayı azdır

Gunaz.tv

O, bu gün noyabrın 24-də mediaya verdiyi açıqlamada bildirib ki, idman sahələrinin azlığı iıə yanaşı şəhər və kəndlərdə mövcud olan idman zalları, mərkəzlərinin əksəriyyəti köhnə və istifadəyə yararsızdır.

Mərdan Urmuda istedadlı gənclərin olmasına baxmayaraq, onların idman sahəsində irəliləməsi və talantlarını gəlişdirməsi üçün şərayitin olmadığını, bu məqsədlə tədbirlərin keçirməsində vəsait çatışazlığı yaşandığını bildirib.

“İdman sahələri və mərkəzlərinin qurulması ilə bağlı irəli sürülən bir çox layihələr yarımçıq qalıb.

İdman hansısa siyasi oyunlara vasitə olmamalıdır.

Əyalət və ölkə məsulları yarımçıq layihələrin tamamlanması üçün tədbir görməyə borcludurlar”-deyə, Əli Mərdan əlaqədar məsulların Urmunun idman sahəsinə laqeyd yanaşdırlarını qeyd edib.

Hazırda Qərbi Azərbaycanda adam başına düşən idman sahəsi 48 santimetr təşkil edir, bu ölkə üzrə ortalama göstəricidən və bir çox əyalətlərlə müqayisədə olduqca azdır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar