Urmuda avtobus sürücüləri yenidən aksiya keçirib

14.01.2022, 13:30

Yanvarın 13-də Urmuda avtobus sürücüləri etiraza başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Buna səbəb Urmu Bələdiyyəsi Nəqliyyat Təşkilatının özəl sektor avtobusları sürücüləri və operatorlarının tələblərini yerinə yetirməməsidir.

İşi dayandıran sürücülər son bir həftədə ikinci dəfə olaraq etiraz aksiyası keçiriblər.

Onlar bildirib ki, bələdiyyə başda olmaqla əlaqədar qurumlar onların tələblərini yerinə yetirməyib.

Qeyd edək ki, onların tələbləri sürücülərin hüquqlarının təmin olunması, subsidiyaların verilməsi və əmək təhlükəsizliyinin qorunması ilə bağlıdır. 

Bununla yanaşı sürücülər 10 illik öhdəliyi bitdikdən sonra avtobus sənədlərinin onların adına keçirilmədiyini bildiriblər.

Onlar Urmu Bələdiyyəsi tərəfindən bilet subsidiyasının qalan hissəsinin ödənilmədiyini vurğulayıb, aldadıldıqlarını bildiriblər.

“Avtobuslarda gediş haqqı əhali, bələdiyyə və hökumət tərəfindən ödənilir. Son 15 ildə bələdiyyə və hökumətin sürücülər üçün nəzərdə tutulan ödənişi etməmələri durumumuzu ağırlaşdırıb”-deyə, sürücülərin nümayəndəsi Mehdi Əsədzadə bildirib.

O, bununla yanaşı vəsait ayrılmadığına görə Urmu sərnişin nəqliyyatı parkının köhnəlib sıradan çıxdığını deyib.

Onun sözlərinə görə, avtobusların yenilənməsi üçün 170 milyon tümən vəsait Urmu bələdyyəsi tərəfindən alınsa da, bu istiqamətdə addım atılmayıb. 

Qeyd edək ki, bundan öncə yanvarın 9-da Urmuda 290 avtobus sürücüsü işi dayandıraraq tətil aksiyası keçirmişdi. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb

2022-01-26

gun az article

Manatın alıcılıq qabiliyyətində azalma: "Məzənnənin stabil qalmasına çalışılır"

2022-01-26

gun az article

Səhiyyə Nazirliyi: "Azərbaycanda pandemiya yaxın gələcəkdə bitəcək”

2022-01-26

gun az article

“Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü

2022-01-26

gun az article

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub

2022-01-26

gun az article

Zakir Həsənov İran Prezidenti ilə görüşüb

2022-01-26

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis rəisi öldürüldü

2022-01-26

gun az article

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni hesabatında İran dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır

2022-01-26

gun az article

Paşinyan koronavirusa yoluxub

2022-01-26

gun az article

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış edib

2022-01-26

gun az article

İşğaldan azad edilmiş ərazilərdə 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılaraq götürülüb

2022-01-26

gun az article

Liz Tras: “İranla nüvə danışıqları təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdaır”

2022-01-26

gun az article

İsrail prezidenti tarixdə ilk dəfə olaraq BƏƏ-yə səfər edəcək

2022-01-26

gun az article

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

2022-01-26

gun az article

Britaniyadan açıq təhdid: "Bir çox rus anaların oğlu evə dönə bilməyəcək"

2022-01-26

gun az article

5 ölkə diplomatlarını Ukraynadan çıxarır

2022-01-26

gun az article

NATO şərq cinahda hərbi mövcudluğunu daha da artıra bilər

2022-01-26

gun az article

İtaliya dövlət katibi: "Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır"

2022-01-26

gun az article

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

2022-01-25

gun az article

İlham Əliyev Volodimir Zelenskiyə zəng edib

2022-01-25