SON XƏBƏRLƏR

Urmuda həbs edilən fəallara dəstək aksiyası keçirilib

2022.07.20, 03:39
Urmuda həbs edilən fəallara dəstək aksiyası keçirilib

Gunaz.tv

Urmulu milli-mədəni fəallar şəhərdə hazırda Urmu zindanında saxlanılan Huşəng Nəğizadə və Mikayıl Qulipurun fotoları olan afişalar yayıblar.

Afişalarda "Geri oturmayacağıq", "Huşəng Nəğizadə və Mikayıl Qulipuru azad edin" və "#saveurmialake"  məzmunlu şüarlar yazılıb.

Huşəng Nəğizadə və Mikayıl Qulipur iyulun 16-da Urmu gölünün  qurudulmasına etiraz aksiyasında saxlanılıb və Urmu şəhərinin mərkəzi zindanına köçürülüblər.

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlardan fəalların müvəqqəti azadlığa buraxılmasına görə, Huşəng Nəğipur üçün 700 milyon tümən, Mikayıl Qulipur üçün isə 500 milyon tümənlik girov istənildiyini öyrəniblər.

Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.

Qeyd edək ki, hər iki fəal bundan öncə dinc fəaliyyətləri və Ermənistanın Azərbaycan torpaqların işğalına etiraz aksiyalarına qatıldıqları üçün həbs ediliblər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar