Urmuda avtobus çatışmır: Nəqliyyat vasitələrinin yararsızlığı əhalini narazı salır

15.10.2021, 12:37

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində şəhərdaxili ictimai nəqliyyat vasitələri çatışmır.

Gunaz.tv Quote | Gunaz article

Üstəlik xəttə buraxılan avtobusların yararsız olması əhalini narazı salır.

Bu barədə “İlna” xəbər agentliyi xəbər yayıb.  Məlumatda bildirlir ki, ictimai nəqliyyat vasitələrinin azlığı ilə yanaşı xəttə buraxılan avtobusların keyfiyyətsizdir və standartlara uyğun deyil. 

Maraqlıdır ki, hər gün hakimiyyət orqanları  tərəfindən Urmu sakinlərinə ictimai nəqliyatdan istifadə barədə tövsiyyələr verilir. Lakin əlaqədar qurumlar ictimai nəqliyyat vasitələrində gigiyenik qaydalara riayət olunmasına, ximdətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyət vermir.

Ona görə də insanlar şəxsi nəqliyyatdan istifadəyə üstünlük vermək məcburiyyətində qalırlar.

Urmulu öyrənci Əli Himməti “İlna”nın müxbiri ilə danışığında gündəlik avtubsdan istifadə etdiyini bildirib.

Onun sözlərinə görə, ancaq nəqliyyat vasitələrində normal havalandırma sistemi yoxdur, təmizlik işləri aparılmır, avtobuslar tez-tez sıradan çıxıb yolda qalır, nəticədə sərnişinlər əziyyət çəkir.

Başqa bir Urmu sakini Rza Zarei deyib ki, avtobusların çoxu köhnə və texniki cəhətdən nasazdır. Bu cür avtobuslara isə insanlar minmək istəmir.

Onun sözlərinə görə,ildə bir neçə dəfə taksi və avtobus xidmətlərinin qiyməti qaldırılsa da, xidmətin səviyyəsi aşağıdır. 

Urmu Bələdiyyəsinin Yük və Sərnişin Nəqliyyatı Təşkilatının rəhbəri Nasir Səidabadi şəhərə nəqliyyatı ilə bağlı deyilənlərin həqiqəti əks etdirdiyini bildirib.

Səidabadi hal-hazırda 10 avtobusun təmir üçün qaraja göndərildiyini və yaxın iki ay ərzində istifadəyə veriləcəyini söyləyib.

Milyonluq Urmu şəhərində yüzlərlə qeyri-standart avtobusun fəaliyyət göstərdiyini nəzərə alsaq Yük və Sərnişin Nəqliyyatı Təşkilatının rəhbərinin qeyd etdiyi 10 avtobusun təmirinin ictimai nəqliyyat probleminin həllinə heç bir təsir göstərməyəcəyi aydın olar.

Bundan öncə Urmu şəhərində avtobus sürücüləri hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər. Onlar əmək haqlarının ödənilməsini, istifadəyə yararsız avtobusların yeniləri ilə əvəz olunmasını tələb ediblər.

Əlaqədar qurumlar bu sahədə olan problemləri irana qarşı beynəlsanksiyalarla əlaqələndirərək məsuliyyəti öz üzərlərindən atıb və bəzi qərb ölkələrini problemin səbəbkarı kimi vətəndaşlara hədəf göstəriblər.

Qeyd edək ki, sanksiyaları bəhanə edərək Urmu şəhərinin avtobus parkına bir yeni avtobus ayırmayan hökumət, Cari günəş ilində İsfahan şəhərinin avtobus parkına 100 yeni avtobus verib.

C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20