SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021.12.08, 07:35
Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

Gunaz.tv

Bu barədə Urmunun yerli mediası xəbər yayıb. Məlumata görə, dekabrın 7-i, axşam saatlarında Şəhər Şurasının iki üzvü saxlanılıb. 

Məlumatda saxlanılanların kimliyi və nədə ittiham olunduqları barədə açıqlama verilmir.

Lakin hər iki şəxsin Prokurorluğun 2-ci bölməsinin istintaq idarəsində dindirildikdən sonra 500 milyon tümən vəsiqə qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldıqları qeyd olunub.

Son iki həftə ərzində bu üçüncü hadisədir. Bundan öncə Qərbi Azərbaycanda bələdiyyə, gömrük və Şəhər Şurasının üzvləri saxlanılıb.

Bundan öncə bir neçə gün içində Bukan, Piranşəhr, Sərv və Təmərçin şəhərlərində 12 bələdiyyə, gömrük işçisi və onlarla əlbir olan dörd şəxs həbs olunub.

Ümumiyyətlə son bir ildə Qərbi Azərbaycan əyalətində onlarla bələdiyyə, valilik, şəhər şurası, gömrük və başqa dövlət qurumlarının əməkdaşları korrupsiya və mənimsə, səlahiyyətlərindən su-istifadə ittihamı ilə gəbs olunublar.

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar