SON XƏBƏRLƏR

Urmuda ictimai nəqliyyatda gediş haqqı bahalaşdı

2022.04.12, 12:44
Urmuda ictimai nəqliyyatda gediş haqqı bahalaşdı

Gunaz.tv

Onun dediyinə görə, qəbul olunan qərara əsasən taksilərdə gediş haqqı 38, avtobuslarda isə 50 faiz qaldırılıb.

Urmuda ictimai nəqliyyat vasitələrinin köhnəldiyini deyən Xəlilpur deyib ki, gediş haqlarının bahalaşdırılmasında məqsəd şəhər üçün yeni taksi və avtobusların alınmasıdır.

Qeyd edək ki, bir neçə gün bundan öncə Təbriz və Zənganda da ictimai nəqliyyatda gediş haqları bahalaşdırılıb.

Təbriz Şəhər Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqlarında edilən dəyişiklik yerli sosial media istifadəçiləri və fəallar tərəfindən qınanılıb.

Onlar indiki ağır iqtisadi durumda Şəhər Şurası və Təbriz Bələdiyyəsinin Tehrandan ala bilmədikləri büdcəni yerli əhalinin hesabına doldurmağa çalışmaqda ittiham ediblər. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar