SON XƏBƏRLƏR

Urmuda mədəni mərkəzlərin tikintisinə vəsait ayrılmır

2021.12.11, 08:15
Urmuda mədəni mərkəzlərin tikintisinə vəsait ayrılmır

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin İncəsənət Mərkəzinin başçısı Əhəd Huşmənd əyalətdə mədəni mərkəzlərin, o cümlədən kinoteatrların tikintisi və təmirinə vəsait ayrılmadığını deyib. 

O, iki il öncə Urmu şəhərində təməatma mərasimi keçirilən və bir il müddətinə tamamlanması nəzərdə tutulan “Azadi” kinoteatrının vəsait çatışmazlığı ucbatından yarımçıq qaldığını söyləyib. 

Huşmənd qeyd olunan mədəni mərkəzin tikinti layihəsinin bu müddət ərzində yalnız 40% reallaşdığını, işin tamamlanması üçün lazım olan 15 milyard tümən vəsaitin hökumət tərəfindən ödənilmədiyini bildirib. 

Bir neçə gün bundan öncə,Qərbi Azərbaycan əyalətinin İncəsənət Mərkəzinin Kino İşləri üzrə məsulu Məsud Yekani əyalətdə kinoteatrların olmadığını və əyalət mərkəzi Urmu şəhərində yalnız iki kinoteatrın fəaliyyət göstərdiyini deyib.

Yekani başqa kinoteatrların fəaliyyətsizliyini onların köhnəlməsi, yenilənmələri üçün vəsait ayrılmaması, məsulların məsuliyyətsiz münasibəti və iqtisadi gəlirlərinin yetərincə olmaması iıə əlaqələndirib.

“Uzun illərdir ki, əyalətdə kinoteatrların təmiri və fəaliyyətinə laqeyd yanaşılır. Bu sahənin yenidən dirçəlməsi üçün məsulların dəstəyi vacibdir”-deyə, Məsud Yekani əlaqədar qurumların bu sahəyə yardım etmədiklərini qeyd edib.

Qərbi Azərbaycanda ilk filmin nümayişi Xoy şəhərinin 315 yerlik “İran” kinoteatrında 1931-ci ilə təsadüf edir.
Bundan 30 il sonra, 1961-ci ildə Urmu şəhərində ilk kinoteatr fəaliyyətə başlayıb. 

Hal-hazırda əyalətdə mövcud olan bütün kinoteatrların yaşı 60-dan yuxarıdır və onların bir çoxu dağılmaq üzrədir.

C.E

حوزه هنري آذربايجان غربي سال گذشته 308 برنامه فرهنگي اجرا كرد

Əhəd Huşmənd

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar