SON XƏBƏRLƏR

Urmuda milli fəal Əmirhüseyn Şükuhi həbs edilib

2022.10.17, 05:09
Urmuda milli fəal Əmirhüseyn Şükuhi həbs edilib

Gunaz.tv

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 məmuru adı çəkilən fəalın iş yerinə basqın edib.

Məlumata görə, saxladıqları zaman anası fəalın həbsinin səbəbini soruşub.

Bu zaman ETTELAAT məmurları fəalın anasını təhqir edib və ona fiziki təzyiq göstəriblər.

Əmirhüseyn Şükuhinin iş yerində axtarış aparan məmurlar ona aid bir neçə şəxsi əşyanı müsadirə ediblər.

Fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.

Timur 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar