SON XƏBƏRLƏR

Urmuda çörək qıtlığı yaranıb

2022.10.05, 07:01
Urmuda çörək qıtlığı yaranıb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində çörək qıtlığı yaşanır və çörək mağazalarının qarşısında uzun növbələr yaranıb.

Məlumatda bildirilir ki, alıcılara çörək məhdud sayda satılır, bunun un çatışmazlığı ilə əlaqəli olduğu deyilir.

Məsələ ilə bağlı paylaşım edən sosial media fəalları və istifadəçiləri br neçə gündür yaranan çörək qıtlığını hökumətin bilərəkdən etdiyini yazırlar.

Onların fikrincə, etiraz aksiyalarının davam etdiyi bir vaxtda hökumət vətəndaşları gündəlik məişət problemləri ilə məşul etməyə, etirazlardan yayındırmağa çalışır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar