SON XƏBƏRLƏR

Urmuda sürücülər tətil aksiyası keçirir

2022.01.31, 08:10
Urmuda sürücülər tətil aksiyası keçirir

Gunaz.tv

Sürücülər bildirib ki, tələbləri məsullar tərəfindən qəbul edilmədiyinə görə, 20 gün bundan öncə başladıqları aksiyanı davam edəcəklər.

Onlar yanvarın 30-da yaydıqları məlumatda bələdiyyənin onlarla bağladığı müqaviləni yeniləmədiyini bildirib, bununlada iş təhlükəsizliyi təminatlarının olmadığını qeyd ediblər.

Bundan bir neçə gün öncə, yanvarın 20-də hüquqlarının pozulduğunu deyən bir qrup sürücü Urmu şəhərinin bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Onlar nəqliyyat vasitələrinin sənədlərini geri götürüb vəşəhərdaxili ictimai nəqliyyatda fəaliyyətlərini dayandırıblar.

Etiraz edən sürücülər biletlərin qiymətindəki fərqi bələdiyyənin ödəmədiyini, gəlirlərin 33%-ni özəl şirkətlərin mənimsədiyini, ölkədə mövcud inflyasiya ilə müqayisədə əmək haqlarının aşağı olduğunu bildiriblər.

Sürücülər əmək təhlükəsizliyi ilə bağlı təminat verilməməsindən də narazı olduqlarını deyiblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar