Əyalətin Cinayət Axtarış İdarəsinin başçısı polkovnik Sadiq Şükri mediaya açıqlamasında bildirib ki, qarşıdurma zamanı 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Məlumatda atışmanın Urmunun Sepahan şəhərciyində baş verdiyi bildirilir.
S.Şükri odlu silahdan atəş açan şəxsin kimliyi və qarşıdurmanın təfərrüatı barədə açıqlama verməyib.
Məlumata görə, atəş açan naməlum şəxs hadisə yerindən qaçıb.
Onun saxlanılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Urmudan olan yerli qaynaqlar öldürülən şəxslərin Ozal və Sina Məhəmmədi olduqları bildirilir.
Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralılar noyabrın 12-i gecə saatlarında vəfat ediblər.
C.E
Polkovnik Sadiq Şükri