SON XƏBƏRLƏR

Urmulu milli fəal müvəqqəti azadlığa buraxılıb

2023.01.02, 12:42
Urmulu milli fəal müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Yanvarın 1-də Təbriz həbsxanasından sərbəst buraxılan fəala qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil.

Mahmudi, hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı tələbə Aylar Həqqinin dekabrın 27-də Təbrizdə keçirilən  40 mərasiminə qatıldığı üçün həbs edilib.

Qeyd edək ki, Təbrizin "Vadi rəhmət" qəbristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı hökumət məmurları ilə mərasim iştirakçıları arasında qarşıdurma olub və Aylar Hqqinin valideynləri də daxil olmaqla 10-dan çox adam saxlanılıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərindən 40 mərasiminə toplaşan azərbaycanlılar "Azərbaycan yatmayıb, Aylarını atmayıb", "Azadlıq, Ədalət, Milli Hökumət" və türkcə başqa milli şüarlar səsləndiriblər.

Timur  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar