SON XƏBƏRLƏR

Urmuda 500 hektarlıq tarixi ərazisi diqqətdən kənarda qalıb

2022.01.05, 12:37
Urmuda 500 hektarlıq tarixi ərazisi diqqətdən kənarda qalıb

Gunaz.tv

Əlaqədar qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.

Urmu Şəhər Şurasının başçısı höccətül-islam Məhəmməd Xəlilpur məsələ ilə bağlı mediaya verdiyi müsahibədə bələdiyyənin və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin yarıtmaz fəaliyyətini tənqid edib.

O, hazırda şəhərin qədim ərazisinin acınacaqlı və baxımsız durumda olduğunu. Hər hansı bədbəxt hadisənin baş verəcəyi təqdirdə ciddi insan itkilərinin olacağı barədə xəbərdarlıq edib.

Xəlilpur Urmunun qədim quruluşunun şəhərin əsas kimlik simvollarından biri olduğna diqqət çəkərək, yüzlərlə hektar ərazini əhatə edən qədim məhəllələrin yenidən qurulması və möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi işinin tilismə düşdüyünü söyləyib.

“Qeyd etdiyimiz problemlərin həlli üçün dəfələrlə yazılı müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülməyib. Baş verəcək hər hansı xoşa gəlməz hadisənin məsuliyyəti şəhər rəhbərliyinin üzərinə düşəcək”-deyə, Şəhər Şurasının başçısı xəbərdarlıq edib.

Urmu Şəhər Şurasının tədqiqat blməsinin başçısı Hüseyn Pənahi isə Umunun qeyd olunan bölgələrinin yenidən qurlması üçün vəsait ayrılmadığını deyib.

Şəhər Şurasınınsözçüsü Tumac Vəhid Əfşar həmkarlarının sözlərini təsdiq edərək, Urmu şəhərinin qədim quruluşunun qorunub saxlanılması, təmirinin təmsil etdiyi idarənin əsas vəzifələrindən biri olduğunu qeyd edib və bunun üçün əlaqədar nazirlik və idarələrin yardım göstərmədiyindən təssüfləndiyini bildirib.

Məsələyə münasibət bildirən Qərbi Azərbaycanın Mədəni İrs, Turizm və Əl İşlri İdarəsinin rəhbəri Cəlil Cabbari, mövcud problemləri inkar etməyib.

O, bunun həlli üçün başqa qurmların kordinasiyalı şəkldə fəaliyyətinin vacibliyini vurğulayaraq, son illərdə Urmunun qədim quruluşunda mövcud olan tarixi tikililərin bərpası üçün addımlar atdıqlarını deyib.

C.E

 

بلاتکلیفی ۵۰۰ هکتاری بافت تاریخی ارومیه/متولیان پاسکاری می کنند

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar