SON XƏBƏRLƏR

Urmunun adının təhrif olunması qalmaqala səbəb olub

2022.09.05, 09:22
Urmunun adının təhrif olunması qalmaqala səbəb olub

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində fəaliyyət göstərən "Maksim" online taksi xidməti şirkətinin Urmu adını təhrif edərək süryani kürdcəsində "Vərmi" yazması etirazlarla qarşılanıb.

Urmu bələdiyyəsinin taksilərinə nəzarət şöbəsinin rəisi Tohid Rəvanbəxş Azər "Maksim" şirkətinə etiraz məktubu yazıb.

O, bildirib ki, bu qondarma ad dəyişdirilməsə şirkət məhkəməyə veriləcək.

2017-ci ildən İranda fəaliyyətə başlayan "Maksim" Rusiyaya məxsus taksi xidmətləri şirkətidir.

Qurumun mərkəzi ofisi Tehranda yerləşir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar