SON XƏBƏRLƏR

Urmu Şəhər Şurasının sözçüsündən mədəniyyət nazirinə etiraz

2021.10.26, 09:41
Urmu Şəhər Şurasının sözçüsündən mədəniyyət nazirinə etiraz

Gunaz.tv

Oktyabrın 25-də Şəhər Şurasının toplantısında çıxış edən Əfşar İranın mədəniyyət naziri Məhəmmədmehdi İsmailinin ötən həftə fars dili ilə bağlı son açıqlamadan da danışıb.

Qeyd edək ki, nazir fars və ədəbiyyatından düzgün istifadə etməyənlərə qarşı cəza tətbiq ediləcəyini bildirib.

“Ötən həftə nazirlərdən biri farsca danışmayanlara qarşı cəza tətbiq olunması barədə çıxış etdi. Bu trubunadan bu çıxışa qarşı öz etirazımı bildirirəm. Şəhər Şurasından öz ana dilimizi gücləndirmək üçün bütün vasitələrdən istifadə etməyi tələb edirəm”-deyə, Tumac Vəhid Əfşar bildirib.

O, Azərbaycan türkcəsində çəkilmiş “Dəri” filminin dəstək üçün şəhər şurası üzvlərinin hamısını sinəmaya getməyə dəvət edib.

Ötən həftə İranın islami İrşad və Mədəniyyət naziri Məhəmmədmehdi İsmaili fars dili, ədəbiyyatı və mədəniyyətindən geniş və düzgün istifadə edilməsi ilə bağlı yeni tədbirlərin görülməsi barədə sərəncamlar verildiyini deyib.

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən toplantıda nazir fars dilindən istifadədə yanlışlığıa yol verən şəxslər, şirkətlər və qurumlara xəbərdarlıq sisteminin hazırlandığını bildirib.

Fars dilinin olduqca önəmli olduğunu vurğulayan nazir ondan daha geniş və düzgün istifadə edilməsi üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini qeyd edib.  

C.E

Movzu ilə bağlı buradan daha çox oxuya bilərsiniz:

https://www.gunaz.tv/az/new/ran-d-niyy-t-naziri-fars-dilind-n-d-zg-n-istifad-etm-y-nl-r
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar