SON XƏBƏRLƏR

Urmu komandası Voleybol üzrə Premyer Liqadan kənarlaşdırılıb

2022.08.19, 07:22
Urmu komandası Voleybol üzrə Premyer Liqadan kənarlaşdırılıb

Gunaz.tv

Voleybol Federasiyaları Liqasının Azərbaycan klubunun Premyer Liqadan kənarlaşdırılmasına səbəb kimi “milli voleybol sistemində heç bir müqavilənin qeydə alınmaması və əvvəlki borcların ödənilməsi”ni göstərib.

Urmu şəhər Şurasının sözçüsü Əli Mustafazadə komandanın 26 milyon tümən borcu olduğunu təsdiq edib və məsuliyyətsizliklərin Bələdiyyə Klubunun Premyer Liqadan uzaqlaşdırılmasına səbəb olduğunu deyib.

Qeyd edək ki, bundan bir müddət öncə Asiya Voleybol Konfederasiyası klublararası qitə kuboku yarışlarının Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilməsi barədə qərar verib.

Lakin İran İdman Nazirliyi bunu ləğv edib və yarışların Tehranda keçirilməsinə, Urmunun “Şəhrdari” voleybol klubunun yerinə isə Tehran komandasının çıxış etməsi barədə qərar qəbul edib.

İdman Nazirliyi bunu Azərbaycan klubunun borclarının olduğu ilə əlaqələndirməsi və məsələnin məhkəmədə araşdırılacağı barədə bəyanat verməsi urmuluların narazılığına səbəb olub.

Qərbi Azərbaycan əyaləti, özəlliklə Urmu şəhəri idman sahəsində daha çox voleybol klubu ilə tanınır.

Urmunun voleybol klublarının oyunçuları İranın milli yığma komandasında olmaqla yanaşı dünyanın müxtəlif tanınmış klublarında da çıxış edirlər.

Bu günə kimi bütün beynəlxalq voleybol yarışlarında İranın əldə etdiyi medalların çoxunluğu Urmu şəhərinin “Şəhrdari” voleybol klubu, onun oyunçularının əməyi nəticəsində qazanılıb.

Ancaq son vaxtlar Azərbaycan klubunda baş verən dəyişikliklər və yaradılan problemlər Urmu klubunun, Təbrizin “Traxtur” futbol klubunun taleyini yaşayacağından xəbər verir.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar