SON XƏBƏRLƏR

"Azərbaycan xalqı Urmu gölünün bərpasını tələb edir"-Millət vəkili

2022.04.06, 13:13
"Azərbaycan xalqı Urmu gölünün bərpasını tələb edir"-Millət vəkili

Gunaz.tv

“Urmu gölü Azərbaycanın ürəyidir və Azərbaycan millətinin onun bərpasını tələb edir”-deyə, millət vəkili bildirib.

"Qərbi Azərbaycana səfər etmədən öncə Urmu gölünün bərpası üçün büdcəni ödəyin"-deyə, o, İranın Planlaşdırma və Büdcə Təşkilatının başçısı Məsud Mirkazimi və İran prezidenti İbrahim Rəisiyə xitabən deyib.

“Bərpa işləri dayandırılıb və onun yenidən başladılması, texnikanın cəlb olunması üçün pul lazımdır. Bu il bu problemin həll olunmasını istəyirik”-deyə, Salman Zakir 12 azərbaycanlı nümayəndənin bununla bağlı Büdcə və Planlaşdırma Təşkilatına məktub yazdıqlarını qeyd edib.

Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.  
 
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar