SON XƏBƏRLƏR

Urmulu fəallar zindana köçürülüb

2022.07.17, 12:24
Urmulu fəallar zindana köçürülüb

Gunaz.tv

Bu barədə onlar ailələri ilə telefon danışığı zamanı məlumat veriblər. 

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlardan fəalların müvəqqəti azadlığa buraxılmasına görə, Huşəng Nəğipur üçün 700 milyon tümən, Mikayıl Qulipur üçün isə 500 milyon tümənlik girov istənildiyini öyrəniblər.

Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.

Qeyd edək ki, hər iki fəal bundan öncə dinc fəaliyyətləri və Ermənistanın Azərbaycan torpaqların işğalına etiraz aksiyalarına qatıldıqları üçün həbs ediliblər.

Bununla yanaşı Urmuda həbs edilən etirazçılardan bir neçəsi ittihamlarının elan edilməsi üçün iyulun 17-i səhər saatlarında Urmu şəhərinin Təhlükəsizlik və İnqilab Məhkəməsinin "9 Pillə" məhkəməsinə aparılıblar.

Fəalların verdiyi məlumata görə, bir neçə etirazçının iyulun 16-ı gecə saatlarında yazılı iltizam verdikdən sonra sərbəst buraxılmalarına baxmayaraq, 15 nəfər, o cümələdən Mikayıl Qulipur, Huşəng Nəğizadə, Səid Gülməhəmmədi, Fəriba Amuyi və onun həyat yoldaşı  həbsdə saxlanılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar