SON XƏBƏRLƏR

Robert Levinsonun həyat yoldaşı: “İrana daha çox təzyiq göstərmək lazımdır”

2021.10.20, 07:36
Robert Levinsonun həyat yoldaşı: “İrana daha çox təzyiq göstərmək lazımdır”

Gunaz.tv

GünAz TV: İranda yoxa çıxmış Amerika Federal Təhqiqat Bürosunun sabiq əməkdaşı Robert Levinsonun həyat yoldaşı fevralın 7-də Dövlət Departamentinin Xarici İşlər Komitəsinin toplantısında iştirak edib.

 

Xanım Kristin Levinson ölkəsini həyat yoldaşının azadlığı üçün lazım olan bütün addımları atmamaqda qınayıb. O bildirib ki, Robert Levinsonun dərhal azad edilməsi üçün İran rejiminə daha çox təzyiq göstərmək lazımdır.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosunun sabiq əməkdaşı Robert Levinson 2007-ci ildə etdiyi səfərlərin birində yoxa çıxıb. Aparılan araşdırmalardan sonra onun son dəfə İranın Kiş adasında olduğu məlum olub. Ailəsi Levinsonun İran xüsusi xidmət orqanları tərəfindən qaldığı oteldə girov götürüldüyü və hələ də sağ olduğu qənaətindədir.

 

Birləşmiş Millətlər Təşkilatının məsələ ilə bağlı araşdırmasında isə Robert Levinsonun 2007-ci ilin mart ayında İran təhlükəsizlik qüvvələri tərəfindən Kiş adasında qaldığı oteldə girov götürüldüyü qeyd edilir.

 

FBİ Levinsonun sağ olaraq öz ölkəsinə qaytarılmasına yol açacaq hər məlumatı verəcək şəxs üçün 5 milyon dollar mükafat təyin edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar