SON XƏBƏRLƏR

ROMA MAHMUD ƏHMƏDİNEJADI BAĞLI QAPILAR və ETİRAZ AKSİYALARI İLƏ QARŞILAYA BİLƏR

2021.10.20, 07:36
ROMA MAHMUD ƏHMƏDİNEJADI BAĞLI QAPILAR və ETİRAZ AKSİYALARI İLƏ QARŞILAYA BİLƏR

Gunaz.tv
2008-05-29 - 15:24:00 İtaliya qəzetləri dövlət rəsmilərinin bu ölkəyə səfərə hazırlaşan İran prezidenti Mahmud Əhmədinejadla mümkün görüşlərinə qarşı çıxır. Mahmud Əhmədinejad «Media forum» saytının məlumatına görə, BMT-nin 3-5 iyun arası paytaxt Romada düzənləyəcəyi «Ərzaq təhlükəsizliyi: iqlim dəyişikliyi həyəcanı və bioloji enerji» sammitinə qatılacaq İran prezidentin qarşıdakı səfərinə toxunan nüfuzlu nəşrlər dövlət başçısı ilə görüşməyəcəyini bildirən rəsmilərin sayının artdığını vurğulayıblar. «Kuriyere Delasera» qəzeti bu haqda xəbərə «Əhmədinejada bütün qapılar bağlıdır», «Republika» qəzeti isə «Hamı Əhmədinejaddan qaçır» başlığı qoyub. İtaliyanın onlarca siyasi xadimi, o cümlədən bir neçə keçmiş nazir, xarici işlər nazirinin müavini xanım Stefaniya Kraksi jurnalistlərə prezidentlə görüşməyəcəklərini bildiriblər. Qəzetlərin yazdığına görə, Vatikan da İran rəsmilərinin Roma papası XVI Benediktlə görüşmək istədiyi barədəki xahişinə cavab verməyib. «Lariformista» qəzeti isə mayın 28-də dərc etdiyi yazıda ölkə rəsmilərini İran prezidenti ilə görüşə «yox» deməyə çağırmaqla kifayətlənməyərək M.Əhmədinejadın İtaliyada olduğu müddətdə ona qarşı geniş etiraz aksiyaları keçirməyi təklif edib. «Media forum» xatırladır ki, BMT Baş Assambleyasının keçən il Nyu-Yorkda keçirilən sammitini nəzər almasaq, Roma səfəri İran prezidentinin Qərbə ilk səfəri olacaq. Diplomatik qaynaqların məlumatına görə, M.Əhmədinejad səfər zamanı İtaliyanın baş naziri Silvio Berluskoni və Roma papası XVI Benediktlə görüşmək istədiyini də bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar