SON XƏBƏRLƏR

"İran üç nüvə obyekti barədə məlumat vermir"- Rafael Qrossi

2022.04.28, 12:15
"İran üç nüvə obyekti barədə məlumat vermir"- Rafael Qrossi

Gunaz.tv

O, bildirib ki, İranın uranı zənginləşdirmək imkanları Amerikanın nüvə anlaşmasından çıxmasından sonra daha da güclənib.

Qrossi aprelin 27-də verdiyi açıqlamada habelə bildirib ki, təmsil etdiyi agentlik hələ də İrandan üç mərkəzdə uranın zənginləşdirilməsi ilə bağlı qalan suallara aydın cavablar almağa çalışır.

Son dörd il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir neçə açıqlanmayan nüvə mərkəzində tapılan uranın mənşəyi ilə bağlı İranı hesabat verməyə çağırsa da, Tehran hələ də dəqiq izahat verməyib.

Agentliyin müfəttişləri indiyədək İranda üç "şübhəli" nüvə obyekti müəyyən ediblər, onlardan biri Tehran ətrafındakı Turquzabadda, digəri isə İsfahanda yerləşir.

Hər ikisi, çox güman ki, 2003 və 2004-cü illərdə uranın izlərini yox etmək məqsədilə sökülüb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar