SON XƏBƏRLƏR

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

2022.07.04, 11:01
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

Gunaz.tv

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu barədə iranlı həmkarı Əmir Hüseyn Abdullahiyanla keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, iranlı həmkarı ilə çox maraqlı və faydalı görüşü olub:

“Hesab edirəm ki, tarixi, mədəni və dini bağlara əsaslanan, ölkələrimiz arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin mövcud mərhələdə daha da inkişaf etdirilməsi üçün səfərlər olduqca vacibdir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq platformalarda əməkdaşlıq, eləcə də iqtisadi əlaqələrin inkişafı haqqında müzakirələr apardıq”.

Ceyhun Bayramov qeyd edib ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək layihə çərçivəsində artıq ilk körpü ilə bağlı texniki göstəricilər razılaşdırılıb və tezliklə körpünün tikintisinə başlanacaq. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar