SEPAH generalı Şərqi Azərbaycana vali təyin olundu

18.10.2021, 08:59

İran prezidenti İbrahim Rəisinin başçılığı ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Oktyabrın 17-də İran prezidenti İbrahim Rəisinin başçılığı ilə keçirilən iclasda kadr təyinatları olub.

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən ollmuş briqada generalı olan Zeynəlabdin Rəzəvi Xürrəm Şərqi Azərbaycan əyalətinin valisi təyin olunub.

Hərbi dairələrdə Abdin Xürrəm kimi tanınan şəxs vali təyin olunana qədər Şərqi Azərbaycan əyalətinin “Aşura” korpusunun komandiri olub.

O, Şərqi Azərbaycanın 15-ci valisi olacaq. 1966-cı ildə anadan olmuş Zeynəlabdin Rəzəvi Xürrəm idarəetmə və planlaşdırma üzrə bakalavr, strateji idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Bundan öncə Zeynəlabdin Rəzəvi Xürrəmin adı Şərqi Azərbaycan əyalətinin İran parlamentindəki Nümayəndələr fraksiyasının əyalət valiliyinə gətirilməsi üçün təklif olunan 5 namizəd siyahısında olub.

Onun adaylığı bir sıra azərbaycanlı millət vəkillərinin narazılığı ilə qarşılanmışdı.

Qeyd edək ki, əksər əyalətlərə vali təyin olunduğu halda Şərqi və Qərbi Azərbaycan əyalətlərinə vali təyinatının gecikdirilməsi azərbaycanlılar və bir sıra millət vəkilləri, yerli məsulların etirazlarına səbəb olmuşdu.

Onlar bu gecikmənin yerli məmurların fəaliyyətlərində sahəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olduğunu bildirmişdilər.
Eyni halda Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi millət vəkillərinin vali təyinatındakı müdaxilələrini kəskin qınamışdı.

O, millət vəkillərinin vali seçiminə müdaxilələrinin sonrakı mərhələlərdə vali müavini, müşavir təyinatına da təsir edəcəyini demişdi.

“Millət vəkillərinin vali təyinatına müdaxilələri əyalət idarəçilik sistemində ciddi zəifləmələrə və fəsadlara yol aça bilər.

Hər hansı çatımazlıq və qeyri-düzgün idarəçilik olarsa dövlət bunu nümayəndələrin üzərinə yıxıb və məsuliyyətdən yayınmağa çalışacaq”-deyə, hökumətin məmurların yarıtmaz fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışdığını barədə xəbərdarlıq etmişdi.

Bununla yanaşı eyni gündə Nazirlər Kabineti Qərbi Azərbaycan valisini də təyin edib.

Nazirlər Kabinetinin toplantısında Məhəmmədsadıq Mötəmediyan Qərbi Azərbaycan əyalətinin valisi barədə qərar təsdiq olunub.

O, bundan öncə Cənubi Xorasan və Xorasan-i Rəzəvi əyalətlərinin valisi kimi fəaliyyət göstərib. Yeni valinin fəaliyyət göstərdiyi əyalətlərdə vəzifə səlahiyyətlərini yerinə yetirməkdə yarıtmazlıqlara yol verdiyi barədə çoxsaylı məlumatlar yayılıb.

Mötəmediyan eyni halda Qərbi Azərbaycan və İlam əyalətlərində İran kəşfiyyat xidməti-ETTELAAT-ın əyalət bölmələrinin başçısı vəzifəsində çalışıb.

1970-ci ildə Kirmanşahda anadan olan Mötəmediyan Urmu Universitetində İqtisadiyyat üzrə bakalavr və idarəetmə üzrə magistr dərəcəsi alıb.

Qərbi Azərbaycan əyalətinin yeni valisi milliyyətcə kürddür.

Bir müddət öncə onun əyalətə vali təyin olunacağı barədə xəbərlərin yayılması azərbaycanlıların narazılıqları ilə qarşılanmışdı.

Qeyd edək ki, bundan öncəki vali Məhəmməd Mehdi Şəhriyari də milliyyətcə kürddür.

Bu günə kimi onun Qərbi Azərbaycanda radikal miliyyətçi kürd qruplaşmaları ilə əlaqələri barədə dəfələrlə məlumatlar yayılıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət hökm sürür-VİDEO

2021-12-05

gun az article

Güney Azərbaycan Milli təşkilatları 21 Azərlə bağlı bəyanat yaydı

2021-12-05

gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03