SON XƏBƏRLƏR

Şərqi Azərbaycan dəm qazından ölənlərin sayına görə üçüncü yerdədir

2022.12.20, 08:50
Şərqi Azərbaycan dəm qazından ölənlərin sayına görə üçüncü yerdədir

Gunaz.tv

Cari günəş ilinin ilk 9 ayı ərzində Şərqi Azərbaycan əyalətində dəm qazından ölənlərin sayı 23 nəfərə çatıb.

Bu sahədə Tehran əyaləti 29 ölümlə birinci, Xorasan-i Rəzəvi əyaləti isə 25 ölümlə ikinci yeri tuturlar.

Qeyd edək ki, Şərqi Azərbaycan məhkəmə sisteminin sosial məsələlər və cinayətkarlığın qarşısının alınması üzrə bölməsinin başçısı Əhməd Müvəqqiri dekabrın əvvəllərində verdiyi açıqlamada son 8 ay ərzində  əyalətdə 28 nəfərin dəm qazından boğularaq öldüyünü və bunun ötən ilin eyni dövrü ilə müqayisədə artdığını bildirmişdi.

O, dəm qazından boğulma hallarının əsasən şəhərlərin aztəminatlı bölgələrində yaşayan vətəndaşlar arasında baş verdiyini qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar