SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əhalisinin 1,5 milyonu qeyri-standart evlərdə yaşayır

2022.08.03, 08:42
Şərqi Azərbaycan əhalisinin 1,5 milyonu qeyri-standart evlərdə yaşayır

Gunaz.tv

O, bu tikililərdə 1 milyon 510 minə yaxın insanın yaşadığını deyib.

Bundan bir müddət öncə Təbrizin keçmiş bələdiyyə başçısı Abbas Rəncpur Təbrizdə çox sayda yaşayış yerinin qəzalı vəziyyətdə olduğunu demişdi.

O, şəhər səviyyəsində mövcud olan 100 min qəzalı evin olduğunu bildirib, qeyd edib ki, bu problemin aradan qaldırılması üçün dövlətin geniş diqqət və proqramına ehtiyac var. 

“Bu günə kimi standartlara uyğun olmayan bir mərtəbəli evlərin tikintisi halları ilə qarşılaşırdıq. Son vaxtlar çox mərtəbəli dayanıqsız və qeyri-standart yaşayış yerlərinin tikintisi problemi ilə üzləşmişik”-deyə, keçmiş bələdiyyə başçısı bildirib. 

Bundan öncə açıqlanan statistikaya görə, Təbrizdə şəhərətrafı məhəllələrdə, dayanıqsız və qeyri-standart evlərdə yaşayanların 500 min nəfər olduğu qeyd olunub. 

Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsinə, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.

Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.  

2019-cu ilin rəsmi statistikasına görə, Şərqi Azərbaycan əyalətinin əhalisi 4 milyon 640 nəfərdir və bunun 1 milyon 799 min 93 nəfəri Təbrizdə yaşayır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar