SON XƏBƏRLƏR

"Şərqi Azərbaycan iqtisadiyyatında özəl bankların rolu aşağıdır"- Sabir Pərniyan-VİDEO

2022.05.05, 12:10
"Şərqi Azərbaycan iqtisadiyyatında özəl bankların rolu aşağıdır"- Sabir Pərniyan-VİDEO

Gunaz.tv

İranın İqtisadiyyat naziri Seyid Ehsan Xanduzi ilə iqtisadi fəalların görüşündə çıxış edən Sabir Pərniyan sənaye sahəsində Şərqi Azərbaycan əyalətinin hüquqlarının pozulduğunu söyləyib.

“Şərqi Azərbaycan əyalətinin investisiya layihələrini maliyyələşdirməklə əvvəlki illərin geriliyini kompensasiya edin. 

Şərqi Azərbaycan əyalətində ölkə əhalisinin 4.9 faizinin yaşamasına, İran sənayesinin 7 faizini burada olmasına baxmayaraq, ötən il əyalətin sənaye büdcəsindəki payı ölkənin 2,6 faizini təşkil etmişdir.

Bunun ən azı 3 dəfə artırılmasını istəyirik”-deyə, o iqtisadiyyat nazirinə xitabən bildirib.

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı hazırda əyalətdə işlərinin 60 faizinin görülməsinə baxmayaraq çox sayda yarımçıq sənaye  layihələrin olduğunu və bunların tamamlanması üçün 2 bilyon 300 milyard tümən vəsait lazım olduğunu qeyd edib.

Qeyd edək ki. bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin Ticarət Palatasının başçısı Yunis Jailə mediaya verdiyi açıqlamada İran hökumətinin Şərqi Azərbaycanda özəl bank açılmasına icazə vermədiyini deyib  

O, bundan öncə dəfələrlə müraciət etmələrinə baxmayaraq “bu ölkənin milli mənafeyinə uyğun deyil” cavabını aldıqlarını qeyd edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar