SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda dörd karvansara beynəlxalq qeydiyyata alınacaq

2021.12.10, 09:54
Şərqi Azərbaycanda dörd karvansara beynəlxalq qeydiyyata alınacaq

Gunaz.tv

Dekabrın 9-da Miyana şəhərinin Mədəni İrs İşçi Qrupunun toplantısında çıxış edən Qoçi, Miyananın Camalabad karvansarası da daxil olmaqla dör tarixi abidənin beynəlxalq qeydiyyata  alınmasını bölgənin mədəni irsinin qorunması və tanıdılmasında əhəmiyyətli hadisə adlandırıb. 

“Miyananın Camalabad tarixi karvansarasının yenidən qurularaq qorunması idarəmizin əsas hədəflərindən biridir.

Bu tarixi ərazidə hər hansı qanunsuz qazıntıya, sahəsinə müdaxiləyə və başqa bu kimi hallara qarşı ciddi tədbirlər görməyi planlaşdırmışıq”-deyə, Mədəni İrs İdarəsinin başçısının müavini bildirib. 

Camalabad karvansarasının muzeyə çevirləcəyini deyən Əlirza Qoçi, yaxın vaxtlarda Miyananın tarixi körpüsünün bərpası üçün planlar hazırladıqlarını qeyd edib. 

Qeyd edək ki, bir müddət öncə Şərqi Azərbaycan əyalətinin dörd tarixi karvansarasının beynəlxalq qeydiyyata alınması üçün sənədlər YUNESCO-ya göndərilib. 

Oktyabrın 21 və 22-də YUNESCO nümayəndələri Mərəndin “Yam”, Culfanın “Xoca Nəzər”, Miyananın “Camalabad” və Əhərin “Göycəbel” karvansaralarından görüş keçirib və qeydiyyata alınmaları üçün yoxlamalar həyata keçiriblər. 

Bu günə kimi Şərqi Azərbaycan əyalətinin “Qara kilsə” və “Təbrizin tarixi bazar kompleksi” beynəlxalq mədəni irs siyahısına salınıb. 

 

تقدیر معاون میراث‌فرهنگی کشور از معاون میراث‌فرهنگی آذربایجان‌شرقی

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar