SON XƏBƏRLƏR

"Əyalət valilərinin səlahiyyəti azdır"- Şərqi Azərbaycanın keçmiş valisi

2022.03.24, 09:30
"Əyalət valilərinin səlahiyyəti azdır"- Şərqi Azərbaycanın keçmiş valisi

Gunaz.tv

“Valilikdə elə bir quruluş var ki, onun dəyişdirilməsi valinin iradəsindən kənardadır. Maliyyə, siyasi və ictimai məsələlərlə bağlı ən xırda detallar belə Tehranda müzakirə olunur və barələrində qərarlar çıxarılır. Bu ifrat mərkəzçilik siyasətinin nəticəsidir” -deyə, keçmiş vali bildirib.

Onun sözlərinə görə, hər hansı sahədə problemlər ortaya çıxan zaman əhali valiliyin tədbir görməsini gözləyir, lakin bu məsələlərin vaxtında həll edilməsi valilik səlahiyyətlərindən qıraqdadır.

“Əyalətlərə ayrılan büdcə onların ehtiyacları və mərkəzi xəzinəyə verdikləri xeyrilə əlaqəli və uyğun deyil. Valilərdən büdcə barədə istənilən təkliflər sadəcə olaraq formal xarakter daşıyır və mərkəzdə özlərinin verdiyi qərarlara görə büdcə ayırırlar.

Bu isə yoxsul əyalətlərin daha da yoxsullaşmasına, zəngin əyalətlərin isə daha da zənginləşməsinə səbəb olur“-deyə, Məhəmmədrza Purməhəmmədi jurnalistin Şərqi Azərbaycan əyalətinin İsfahan və Fars əyalətindən az büdcə aldığı barədə suala cavab olaraq deyib.

Qeyd edək ki, bir neçə gün öncə Şərqi Azərbaycan əyalətinin hazırkı valisi Zeynəlabdin Rəzəvi Xurrəm mediaya verdiyi açıqlamada oxşar məsələyə toxunaraq yetərli səlahiyyətlərinin olmadığını etiraf etmişdi.

“Milli inkişaf layihələrinin 100%-nin nazirliklərin əlində olduğu halda, bu layihələrin icra olunmaması ilə bağlı problemlər valiliklərin və əyalət qurumlarının ayağına yazılır. Layihələrin icrası və tamamlanması ilə bağlı əyalətlərə heç bir səlahiyyət verilməyib”-deyə, vali bildirib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar