Şərqi Azərbaycanın ən böyük və qədim sənaye müəssisələrindən biri olan “Sofyan” sement zavodu bağlanmaq təhlükəsi ilə qarşılaşıb.
Qaz payının kəsildiyi üçün bir müddətdir bir bölməsinin fəaliyyəti dayandırılan zavodun belə davam edəcəyi təqdirdə tamamilə işini dayandıracağı gözlənilir.
İllik istehsalının 3 milyon 200 min ton olduğu zavodda 900 nəfər çalışır və ona bağlı dolayı işlərlə məşğul olanların sayının 6 min nəfərdən çox olduğu bildirilir.
“Artıq 40 günə yaxındır ki, müəssisənin qazı kəsilib və yanacaq verilməməsi hasilat xətlərimizdən birinin tamamilə dayanmasına səbəb olub. Biz indi sement üçün lazım olan klinkeri saxlaya bilmirik və mart ayında istehlak mövsümündə ciddi sement istehsalı çatışmazlığından əziyyət çəkəcəyimizi proqnozlaşdırdığımız üçün bunun Şərqi Azərbaycanda bu sahədə böhran yaradacağını düşünürük”-deyə, zavodun baş dirrektoru Vəliullah Əxlaqifərd bildirib.
Qeyd edək ki, “Sofyan” sement zavodunda müxtəlif növ portland markalı boz sementin 2 istehsal bölməsi var. Zavodun məhsulları Güney Azərbaycan və İran bazarının bu məhsula olan tələbatının əsas təminatçısı olmaqla yanaşı Azərbaycan Respublikası, Türkiyə, İraq, Gürcüstan və Ermənistanada sement ixrac edir.
C.E