SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın sənaye müəssisələrini aktivləşdirmək üçün vəsait yoxdur

2022.08.30, 07:21
Şərqi Azərbaycanın sənaye müəssisələrini aktivləşdirmək üçün vəsait yoxdur

Gunaz.tv

Sabir Pərniyan hal-hazırda əyalətin sənaye bölmələrinin əsas probleminin vəsait çatışmazlığı olduğunu deyib.

"Sənaye bölmələri, xüsusilə qida sənayesi bölmələrinin tələb etdiyi bir çox malların qiyməti 4 dəfəyə qədər artdığından sənaye müəssisələri qiymət artımı ilə əlaqədar xammalla təminatda problemlərlə üzləşib"-deyə, Pərniyan bildirib.

O, sənaye müəssisələrinin problemlərini həll etmək, onları fəallaşdırmaq üçün 40 trilyon tümən vəsaitə ehtiyac olduğunu deyib. 

Lakin onun fikrincə, İbrahim Rəisinin əyalətə səfəri zamani 11.5 trilyon tümən vəsaitin ayrılması ilə bağlı vəd verilib, ancaq bu günə kimi bu da reallaşmayıb.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar