SON XƏBƏRLƏR

"Şərqi Azərbaycan səhiyyəsinə ayrılan maliyyə yetərli deyil"-Təbriz unversitetinin rektoru

2022.01.19, 10:32
"Şərqi Azərbaycan səhiyyəsinə ayrılan maliyyə yetərli deyil"-Təbriz unversitetinin rektoru

Gunaz.tv

Bəjmən Nəqipur başçılıq etdiyi universitetə və ümumlikdə Şərqi Azərbaycanın səhiyyə sisteminə ayrılan pulun əyalətin ehtiyaclarını qarşılamadığını bildirib.

Şərqi Azərbaycan əhalisinin ortalama 4 milyon nəfər olduğunu vurğulayan rektor başqa bölgələrin səhiyyə problemlərinin həllinə ayrılan maliyyə vəsaitinin artırılmasını vacib sayıb.

“Rəsmi statistikada Şərqi Azərbaycanın əhalisinin 4 milyon olduğu göstərilsə də, əslində mövcud texniki və proqram təminatına görə əyalət Qərbi Azərbaycan, Ərdəbil, Zəncan kimi qonşu və hətta Kürdüstan, Həmədan və Kirmanşah kimi qonşu olmayan əyalətlərə də xidmət göstərmək məcburiyyərindədir”-deyə, Bəjmən Nəqipur bildirib.

Universitet rektoru deyib ki, qeyd olunan əyalətlərlə yanaşı Şərqi Azərbaycan səhiyyəsi qonşu ölkələrin, o cümlədən Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və hətta İraqın vətəndaşlarına da xidmət edir.

Bəjmən Nəqipur bildirib ki, maliyyə çatışmazlığı üzündən Tibb Universitetində tədqiqat işləri istənilən səviyyədə deyil.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar