SON XƏBƏRLƏR

Şərqi Azərbaycan telekommunikasiya işçiləri etiraz aksiyası keçirib

2022.08.30, 07:40
Şərqi Azərbaycan telekommunikasiya işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Narazılar bundan öncə yığılıb qalan əmək haqlarının və qanunla nəzərdə tutulmuş başqa ödənişlərin verilməsini istəyiblər.

İşçilər bundan öncə telekommunikasiya işçilərinin əmək haqlarının artırılması, onları dolanışıq problemlərinin həlli üçün nəzərdə tutulmuş yardımların verilməsi barədə qanunların icra edilmədiyini, məsullar tərəfindən davamlı aldadıldıqlarını bildiriblər.

Qeyd edək ki, 2021-ci ilin əvvəllərindən başlayaraq İranın başqa bölgələri ilə yanaşı Şərqi Azərbaycan əyalətinin telekommunikasiya şirkətinin işçiləri davamlı aksiyalar keçirirlər.

Onlar bildirib ki, əmək haqqı verilmədiyindən bu cür işləmələri sosial güzarana heç bir təsir etmir.

Narazılar hüquqları təmin ediləcədək mübarizələrini davam etdirəcəklərini, işdən çıxarılmaq bahasına belə olsa geri durmayacaqlarını bildiriblər. 
 
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar