SON XƏBƏRLƏR

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022.07.01, 06:35
Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

Gunaz.tv

Görüşdə tərəflər Şərqi Azərbaycan və Tatarıstan arasında iqtisadi münasibətlərin genişləndirilməsi barədə danışıblar.

Şərqi Azərbaycanla Tatarıstan arasında tarixi, mədəni əlaqələrə toxunan vali bildirib ki, iki bölgə arasında əlaqələrin güclənməsi Rusiya-İran münasibətlərinə də müsbət təsir edəcək.

Tatarıstan prezidenti Rüstəm Minnixanov 7 il öncə Şərqi Azərbaycana səfər etdiyini və bir daha Təbrizi görmək istədiyini bildirib.

2009-cu ildə Təbriz və Kazanın qardaşlaşmış şəhərlər elan edildiyini xatırladan Minnixanov Şərqi Azərbaycan və Tatarıstan arasında dərin tarixi əlaqə və bağların olduğunu deyib.

O, ölkəsinin bunun davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar