SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda qızıl və mis ehtiyatlarının həcmi açıqlanıb

2022.02.03, 08:46
Şərqi Azərbaycanda qızıl və mis ehtiyatlarının həcmi açıqlanıb

Gunaz.tv

“Şərqi Azərbaycan əyaləti özünün çox yüksək mineral ehtiyatları, 52 növ faydalı qazıntıları ilə zəngin metal və strateji əhəmiyyətli mədən ehtiyatlarına malikdir.

Biz Sənaye, Mədən və Ticarət Nazirliyinin mədən və mineral sənayenin inkişafı üçün irəli sürdüyü planlarına əsasən əvvəlkindən daha çox çalışmağın vacib olduğunu düşünürük”-deyə, Sabir Pərniyan bildirib.

O, əyalətdə qızıl və mis ehtiyatlarının 5.9 milyard ton civarında hesablandığını deyib və bundan Şərqi Azərbaycanın hər tərəfli inkişafı üçün istifadə edilməli olduğunu qeyd edib.

Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı mövcud təbii sərvətlərin əyalətdə işsizliyin aradan qaldırılması və iqtisadi inkişafın təmin olunması üçün vali başda olmaqla yerli məsulların tədbirlər görməyi planlaşdırdıqlarını iddia edib.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir, “Əndiryan” qızıl mədəni isə İranın ən çox mineral ehtiyatı olan mədənlərindən biridir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır.

Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.

Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E

 

رئیس سازمان صمت آذربایجان‌شرقی منصوب شد - دیار آذربایجان | پایگاه خبری  مستقل | دیار آذربایجان | پایگاه خبری مستقل

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar