Şərqi Azərbaycanda 21 təcili yardım mərkəzinin əməkdaşı, Zəncanda 100 tibb bacısı koronavirusa yoluxub

2020-06-28 17:47

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində təcili yardım mərkəzinin 21 əməkdaşının koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib, onlardan biri dünyasını dəyişib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Təbriz Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Fərzad Rəhmani məlumat verib. Rəhmaninin sözlərinə görə, təcili yardım mərkəzinin daha 15 əməkdaşının koronavirusa yoluxduğu ehtimal olunur.

 

 

Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin verdiyi məlumata əsasən, əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfəri “Covid-19” infeksiyasına  yoluxub. Bu günə qədər 3 həkim, 4 tibb bacısı isə koronavirusdan dünyasını dəyişib.

 

 

Güney Azərbaycanın Zəncan əyalətində də 100 tibb bacısının koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib.

Zəncan əyalətinin Tibb Bacıları Təşkilatının rəhbəri Firudin İsgəndəri  əyalətdə 2 min 800 tibb bacısının fəaliyyət göstərdiyini, onlardan təxminən 100 nəfərinin koronavirusa yoluxduğunu bildirib.

İsgəndərinin verdiyi məlumata əsasən, infeksiyaya yoluxan tibb bacılarından 50 faizi sağalaraq işlərinə geri dönüblər.

 

 

Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03

gun az article

Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03

gun az article

GünazTV July.02.2020-Sözümüz: Babək Qalası

2020-07-02

gun az article

GünazTV July.02.2020- Düşünməyə Çağrı: Milli Siyasi Elit Problemimiz

2020-07-02

gun az article

Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2020-07-02

gun az article

GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02

gun az article

Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində

2020-07-02

gun az article

Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb

2020-07-02

gun az article

Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02