Şərqi Azərbaycanda elektrik enerjisi istehsalında problemlər var

04.01.2022, 18:30

Şərqi Azərbaycanda elektrik enerjisi istehsalında problemlər var. Şərqi Azərbaycan əyaləti valisinin abadlıq işləri kordinasiyası üzrə müavini Cavad Rəhməti açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

O, Təbriz ətrafında sənaye müəssisələrinin olduna görə, kvota üzrə Şərqi Azərbaycana elektrik enerjisi payının ayrılmasının lazım olan ehtiyacı ödəmədiyini söyləyib.

“Əyalətdə elektrik enerjisi istehsalının inkişafı ilə əlaqədar fəaliyyətlər istənilən səviyyədə deyil. Bunca illər ərzində yalnız maksimum gücü 509 MVt olan Heris elektrik stansiyası inşa edilib və onun isə ikinci fazası hələdə işə salınmayıb”-deyə, Rəhməti bildirib.

Şərqi Azərbaycanda elektrik enerjisinin çatışmazlığı bir çox sənaye müəssisələrini, özəlliklə poladəritmə sənayesini müflis olmaq təhlükəsi ilə üzləşdirib.

Bu barədə Şərqi Azərbaycan Polad Sənayesi Birliyi İdarə Heyətinin başçısı Kərim Rəhimi açıqlama verib.

O, cari ildə əyalətin sənaye müəssisələrində elektrik enerjisinin 30% azalmasının ciddi problemlər yaratdığını deyib, bir sıra sənaye sahələrinin müflis olmaq təhlükəsi ilə qarşı-qarşıya qalması barədə xəbərdarlıq edib.

“Şərqi Azərbaycanın poladəritmə sənayesi elektrik enerjisinin kəsintisi təqdirdə işi dayandırmağa məcbur olur. Bu sahədə gündəlik elektrik enerjisindən istifadəni azaltmaq mümkün deyil.

Enerji çatışmazlığı sənaye, xüsusilə poladəritmə sənayesi sahəsində geniş ziyanlar vurub və bu vəziyyətin davamı böhranı dahada dərinləşdirəcək”-deyə, Rəhimi bildirib.

Təbrizin Elektrik Enerjisi Tədarükü İdarəsinin nümayəndəsi Seyid İbrahim Əfkari problemin ciddi olduğunu təsdiq edib və bunun qarşıdakı dövr daha da dərinləşəcəyini söyləyib.

“Yayda təxminən 14 min meqavat elektrik enerjisi çatışmazlığı var idi. Bu şəkildə davam etsək, qarşıdakı illərdə 29 min meqavat elektrik enerjisi qıtlığı ilə üzləşəcəyik.

Buna görədə elektrik stansiyalarının tikintisi, təkmilləşdirilməsi və optimallaşdırılması barədə addımlar atılmalıdır”-deyə, Əfkari hökuməti tədbirlər planı hazırlamağa çağırıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29