SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi daha iki SEPAH-çını vəzifəyə təyin etdi

2022.02.07, 08:53
Şərqi Azərbaycan valisi daha iki SEPAH-çını vəzifəyə təyin etdi

Gunaz.tv

Xurrəmin sərəncamına əsasən SEPAH komandirlərindən olan Məhəmməd İskəndəranini Şərqi Azərbaycan əyalətinin Kənd İşləri Baş İdarəsi və Əyalət Şuralarının rəhbəri təyin edilib.

1973-cü ildə Marağa şəhərində anadan olan İskəndərani bundan öncə yarım hərbi “Bəsic” təşkilatı və SEPAH-da yüksək vəzifələr tutub.

Bununla yanaşı valinin başqa sərəncamı ilə Cəfər Rəzmi Şərqi Azərbaycan valiliyinin təhlükəsizlik idarəsinin rəisi təyin edilib.

1981-ci ildə Əhər şəhərində anadan olan Cəfər Rəzmi bundan əvvəl Şəbistərin İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, yarım hərbi “Bəsic” təşkilatının bölgə məsulu və SEPAH-ən “Aşura” briqadasının müfəttiş müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Zeynəlabdin Rəzəvi Xurrəm özü də İran islam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən olub.

Zeynəlabdin Rəzəvi Xurrəmin Şərqi Azərbaycan əyalətinə vali təyin olunmasından keçən son bir neçə ay ərzində SEPAH komandirlərindən bir neçə əyalətdə həssas vəzifələrə gətirilib.

Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.

Hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların demək olar ki, hamısı, o cümlədən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar