Şərqi Azərbaycanda hər gün 400 nəfər koronavirusa yoluxur

2020-06-24 12:51

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində hər gün orta hesabla 400 yeni koronavirusa yoluxma faktı aşkar edilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.

 

 

Somi keçən iki həftə ərzində “iqtisadi səbəblərə görə məhdudiyyətlərin qaldırılması” nəticəsində infeksiyanın yayılmasının sürətləndiyini bildirib.

 

 

Tibb Universitetinin rektoru əlavə edib ki, öncəki aylarda koronavirus qurbanlarının sayı gündə iki nəfərə qədər azaldığı halda hazırda bu rəqəm 6 nəfərə çatıb.

Somi həmçinin bildirib ki, xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayında da 15 faiz artım qeydə alınıb.

 

 

Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfərinin “Covid-19” infeksiyasına  yoluxduğunu bildirib.

“İnfeksiyaya yoluxan tibb işçilərindən təxminən 70 faizi sağalaraq işlərinə geri dönüblər. Bu günə qədər 3 həkim, 4 tibb bacısı isə koronavirus koronavirusdan dünyasını dəyişib,” deyə o əlavə edib.

 

 

Şərqi Azərbaycanda koronavirusa yoluxanların ümumi sayının 15 min 756 nəfər olduğunu deyən Somi artırıb ki, infeksiyaya yoluxanların 3.8 nəfəri (607 nəfər) dünyasını dəyişib.

O həmçinin qeyd edib ki, son statistikaya əsasən koronavirusa yoluxma halları 15 yaşdan kiçik olanlar arasında da artmaqdadır.

 

 

İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib. İyunun 19-da Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən qırmızı vəziyyətdə olmasına baxmayaraq bu şəhərdə cümə namazı keçirilib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17