SON XƏBƏRLƏR

Şərqi Azərbaycandan köç artıb: İşsiz gənclər başqa bölgələrə axışır

2022.01.18, 10:19
Şərqi Azərbaycandan köç artıb: İşsiz gənclər başqa bölgələrə axışır

Gunaz.tv

O, özəlliklə Əhərdə gənclərin əsas problemlərindən əziyyət çəkdiyini, işsizlik üzündən başqa əyalətlərə köç etdiyini deyib.

Bölgədə müxtəlif infrastruktur problemlərinin olduğunu vurğulayan millət vəkili bildirib ki, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülmür.

“Əhərdə ali təhsilli gənclərin sayının çox olmasına baxmayaraq iş yerlərinin olmaması, məşğulluq probleminin həlli üçün işlər görülməməsi onların köçünə səbəb olur”-deyə, Məhərrəmzadə bildirib.

Bundan bir müddət öncə Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Kəlami əyalətdə universitet məzunlarının çoxunun işsiz olduğunu demişdi.

Şərqi Azərbaycan əyalətinin Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthi əyalətdə iş qabiliyyəti olan əhalıinin 198,303 nəfərinin işsiz olduğu barədə məlumat verib.

Fəthi əyalətdə iş qabiliyyəti olan şəxslərin sayının 1 milyon 301 min 935 nəfər təşkil etdiyini, bunun ölkə üzrə orta göstəricidən 1.6% aşağı olduğunu deyib. 

“15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi 19.6%, 15-29 yaş arası şəxslərdə 17.4% və 18-35 yaş arası insanlarda isə 14.5%-dır”-deyə, Fəthi bildirib. 

Əəmək və Sosial rifah İdarəsinin başçısı Şərqi Azərbaycan qadınları arasında işsizlik səviyyəsinin 13.8% olduğunu və bunun ölkə üzrə ortalama göstəricidən 3.9% aşağı olduğunu söyləyib. 

Başqa əlaqədar məsul şəxslərin və müstəqil sinfi təşkilatların verdikləri məlumatlar Hüseyn Fəthinin işsizlik səviyyəsi ilə bağlı verdiyi statistikanın doğruluğunu şübhə altına alır. 

Şərqi Azərbaycan və Gənclər Baş İdarəsinin gənclər və mədəniyyət işləri üzrə müavini Əmir Tağızadə aparılan sorğulara əsaslanaraq əyalət gənclərinin əksəriyyətinin işsizlik və iqtisadi durumun ağır olmasından gileyləndiklərini demişdi.

“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin 69.5%-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib.

C.E
 

بیکاری واشتغال جوانان از اصلی ترین دغدغه های مسئولان اهر

Əhməd Məhərrəmzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar