SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda işsizlik səviyyəsi artıb

2023.01.27, 09:49
Şərqi Azərbaycanda işsizlik səviyyəsi artıb

Gunaz.tv

Məlumatda 2022-ci ilin payız fəslində əyalətdə işsizlik səviyyəsi 9.5% göstərilib və bu öncəki payız fəsli ilə müqayisədə 3% artım deməkdir.

Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthinin verdiyi məlumata görə, 15-34 yaş arası gənclər arasında işsizlik göstəricisi 21%-dir.  

Hüseyn Fəthi Şərqi Azərbaycanın universitet məzunlarının 68 faizinin işsiz olduğunu söyləyib.

Bundan öncə oxşar problemlə bağlı çıxış edən Əhər və Heris şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə də Şərqi Azərbaycanda işsizliyin ciddi problemə çevrildiyini deyib.

Bölgədə müxtəlif infrastruktur problemlərinin olduğunu vurğulayan millət vəkili bildirib ki, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülmür.

Timur


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar