SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusun Omikron ştammına yoluxma sayı artıb

2022.01.25, 10:28
Şərqi Azərbaycanda koronavirusun Omikron ştammına yoluxma sayı artıb

Gunaz.tv

Hüseyn Həqqai koronavirusun altıncı dalğasının başlanması barədə xəbərdarlıq edib.

O, yanvarın 24-də mediaya verdiyi açıqlamada Şərqi Azərbaycanda 84 nəfərin koronovirusun Omikron ştammına yoluxduğunu təsdiq edərək son günlər yenidən tibb məntəqələrinə müraciə edənlərinin sayının kəskin çoxaldığını bildirib.

Həqqai belə davam edəcəyi təqdirdə yoluxma sayını nəzarətdə saxlamaq üçün yeni məhdudiyyətlərin tətbiq olunmasının qaçılmaz olacağını söyləyib.

Qeyd edək ki, koronovirusun yeni ştammı Omikronun İranda yayılması sürətlənib və əlaqədar təşkilatlarv yenidən məhdudiyyətlərin tətbiq olunmasını gündəmə gətiriblər.

Yanvarın 24-də cari günəş ilinin sonuna kimi stadionlar və idman yarışlarına tamaşaçıların buraxılması barədə qərar qəbul olunub. 

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar