SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022.01.27, 10:32
Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

Gunaz.tv

Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadənin verdiyi məlumata görə, Şərqi Azərbaycanda koronovirusun Omikron ştammına yoluxanların sayı artmaqda davam edir.

Onun dediyinə görə, Şərqi Azərbaycanda 103 nəfərdə koronovirusun Omikron ştammı aşkar edilib və onlardan 3 nəfəri dünyasını dəyişib.

Qeyd edək ki, koronovirusun yeni ştammı Omikronun İranda yayılması sürətlənib və əlaqədar təşkilatlarv yenidən məhdudiyyətlərin tətbiq olunmasını gündəmə gətiriblər.

Yanvarın 24-də cari günəş ilinin sonuna kimi stadionlar və idman yarışlarına tamaşaçıların buraxılması barədə qərar qəbul olunub. 

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar