SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusun yeni dalğası yayıla bilər: "Risk yüksəkdir"

2021.10.21, 08:26
Şərqi Azərbaycanda koronavirusun yeni dalğası yayıla bilər: "Risk yüksəkdir"

Gunaz.tv

Abbasəli Dürüsti bu barədə oktyabrın 20-də mətbuata verdiyi açıqlamada məlumat verib.

“Əyalətdə COVİD-19-a yoluxma hallarında nisbi azalma görünsə də ölüm hallarında əhəmiyyətli dərəcədə azalma qeydə alınmayıb”-deyə, Dürüsti bildirib.

O, əyalətdə vaksinasiya prosesinin davam etdiyini, ancaq bunun istənilən və yetərli səviyyəyə çatmadığını qeyd edib.

Rektor müavini deyib ki, bu günə kimi əyalət əhalisi koronovirusa qarşı vaksinin 60 faizi birinci, 40 faizi isə ikinci dozasını vurdurub.

O, yaxın gələcəkdə bir sıra idarələrin işçilərindən hər iki dozanın vurulması barədə sənəd istəniləcəyini söyləyib.  

Qeyd edək ki, oktyabrın 19-da İranın səhiyyə naziri Bəhram Eynullahi mediaya açıqlamasında noyabr ayından başlayaraq, ölkədə koronavirusun 6-cı dalğasının başlanacağını xəbər verib.

“Biz artıq narahatıq və noyabr ayından başlayaraq, koronavirusun 6-cı dalğasının qəti şəkildə başlanacağını bilirik”-deyə, nazir xəbərdarlıq edib. 

C.E
 

معاون بهداشت دانشگاه علوم پزشکی تبریز مطرح کرد:,عدم رعایت کافی پروتکل های  بهداشتی در ناوگان حمل و نقل عمومی / نظارت ها سختگیرانه می شود - پایگاه  اطلاع رسانی تبریز بیدار

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar