SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda mədəniyyət sahəsi diqqətdən kənarda qalıb: Hökumət vəsait ayırmır

2021.10.20, 07:36
Şərqi Azərbaycanda mədəniyyət sahəsi diqqətdən kənarda qalıb: Hökumət vəsait ayırmır

Gunaz.tv

Seyid Qasım Nazimi mətbuata verdiyi müsahibədə son illər mədəniyyət, incəsənət sahəsinə yetərincə budcə ayrılmadığını və bu sahədə qanunsuzluqların baş verdiyini deyib.

O, bildirib ki, mədəniyyət sahəsində planlaşdırma aparan və başqa əlaqədar məsullar fərqli bölgələrin müqayisəli üstünlüklərinə daha çox diqqət yetirməli, bölgələrin özəlliklərini nəzərə almalıdırlar.

Seyid Qasım Nazimi ölkə budcəsinin yalnız 5%-nın mədəniyyət sahəsinə ayrıldığını və bununda çoxunluğunun cari və abadlıq işlərinə xərcləndiyini qeyd edib.

“5 fazilik budcə ilə mədəniyyət sahəsində ancaq 5 faizlik irəliləyiş gözləmək olar.

Belə olan halda vətəndaşlardan xarici mədəniyyətin təsirindən çıxıb ölkə mədəniyyətindən təsirlənməyi gözləmək mümkün deyil”-deyə, Mədəniyyət və İrşad İdarəsinin başçısı bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar