SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda məktəb çatışmazlığı davam edir

2023.03.11, 13:40
Şərqi Azərbaycanda məktəb çatışmazlığı davam edir

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Fərhad Fərhudi açıqlama verib.

O, rəsmilərin bundan öncə dəfələrlə verdiyi vədləri təkrar edərək yaxın iki il ərzində mövcud konteyner məktəbləri standart məktəblərlə əvəz edəcəklərini deyib.

Fərhudinin sözlərinə görə, ötən bir il ərzində əyalətdə yalnız 12 konteyner məktəbi normal tikili məktəblə əvəz edə biliblər.

Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin bərpası üçün vəsait ayıra bilmədiyini və bu problemin həlli üçün yerli xeyriyyəçilərin dəstəyinə ehtiyac olduğunu söyləyib.

Qeyd edək ki, illərdir kaneks məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar