Məlumata görə, hava çirkliliyinin təhlükəli səviyyəyə çatması, duz və toz fırtınalarının şiddətlənməsi səbəbindən əyalətdə bütün təhsil ocaqları, dövlət idarələri fəaliyyətini dayandırıb.
Təbriz, Sərəskənd, Marağa Əcəbşer, Məlikan və başqa şəhərlərdə xəstəxanalar və təcili tibbi yardım mərkəzləri istisna olmaqla bütün iş yerlərinin qapadılmasına qərar verilib.
Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi ekoloji problemlə yaydığı bildirişdə hava çirkliliyi göstəricisinin çox təhlükəli 470 olduğunu bildirib.
Qeyd edək ki, ekoloji hesablamalara görə, 200-dən çox göstərici kritik hava çirkliliyi vəziyyətini göstərir.
Cavidan